Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salemsay Kommasith, Nepalın xarici işlər naziri Pradep Kumar Qiavali və Şri-Lankanın xarici işlər naziri Tilak Marapana ilə ikitərəfli görüşlər keçirdi.
XİN-dən Publika.az-a verilən məlumata görə,
görüş sentyabrın 28-də ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş
Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
Görüşlər zamanı nazirlər siyasi əlaqələrinin cari vəziyyətini
yüksək qiymətləndiriblər və təhsil, turizm və digər sahələrdə
əməkdaşlıq üçün geniş potensialın olduğunu bildiriblər. Həmçinin
tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin
münasibətlərin inkişafı baxımdan əhəmiyyətini vurğulayıblar.
Eyni zamanda görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
məsələləri və ikitərəfli gündəliklərdə duran bəzi məsələlər
müzakirə olunub.