Rəşad Sadıqovun seçimi doğru çıxdı

Rəşad Sadıqovun seçimi doğru çıxdı
10:49 13 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə milli komandamızın kapitanı Rəşad Sadıqovun “Qızıl top”a layiq gördüyü futbolçunun adı bəlli olub. Apasport.az xəbər verir ki, Sadıqov ilk sıraya portuqaliyalı Kriştianu Ronaldonun adını yazıb.

 

Bu da “Qarabağ”ın müdafiəçisinin seçiminin doğru olduğunu göstərir. Rəşad Sadıqov növbəti iki pillə üçün isə Manuel Noyer və Aryen Robbenin adını qeyd edib.

 

Qeyd edək ki, milli komandamızın baş məşqçisi qismində səs verən Mahmud Qurbanov isə müvafiq olaraq Aryen Robben, Anxel di Mariya və Kriştianu Ronaldoya səs vermişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR