Hazırda Bakı şəhərində repetitorlar ən yaxşı halda bir fənn üzrə abituriyenti aylıq minimum 50 manata hazırlaşdırırlar. Hətta bir fənnə görə 150 manat tələb edənlər də var.

Milli.Az bildirir ki, valideyn bir uşağın hazırlığına orta hesabla 400 manat xərc çəkməlidir. Ən çox pulu isə "'bunker'' repetitorlar qazanır. Üstəlik, müəllimlər, qruplar üzrə əsas fənlə yanaşı, köməkçi fənn üçün də eyni məbləğdə ödəniş alırlar.

Ekspertlər isə əsas fənlə yanaşı, köməkçi fənlərə görə eyni məbləğin alınmasını düzgün hesab etmirlər. Çünki köməkçi fənn üzrə suallar daha sadə olur. Amma qəbul imtahanlarında məktəblərdə keçirilən son 5-6 ilin tədris materialları soruşulduğunu bilən repetitorlar suni şəkildə qiyməti artırırlar.

Valideynlər külli miqdarda xərci heç bir zamənət olmadan çəkirlər. Üstəlik, növbəti ildən qəbul imtahanı iki mərhələdə həyata keçiriləcəyindən, 4-cü qrup üzrə imtahan verəcək abituriyentlər 5 yox, 6 fənn üzrə hazırlaşmalı olacaqlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir abituriyentin hazırlığına aylıq 400 manat xərclənir - Ən çox pulu isə "'bunker'' repetitorlar qazanır - VİDEO Bir abituriyentin hazırlığına aylıq 400 manat xərclənir - Ən çox pulu isə "'bunker'' repetitorlar qazanır - VİDEO