“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “Voice Access” istifadəçilərə səsli komandalar vasitəsilə və əllərdən istifadə etmədən mətnləri yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində “düymələr” basmaq və interfeys elementlərini idarə etmək üçün şərait yaradacaq.
İngilisdilli əlavəni “Google Play” mağazasında yükləmək olar. Gələcəkdə tərtibatçılar tərəfindən digər dil versiyalarının istifadəyə verilməsi planlaşdırılır.
Nizam Nuriyev