​Məzahir Pənahov seçkiləri müşahidə etmək üçün Qazaxıstana gedib

16:52 24 Aprel 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun qazaxıstanlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşləri, bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, MSK təmsilçiləri həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/mezahir-penahov-seckileri-musahide-etmek-ucun-qazaxistana-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR