Əflatun Amaşov: “Jurnalistləri Müdafiə Komitəsinin senzura indeksində Azərbaycanı ilk beşliyə daxil etməsi açıq qərəz nümayişidir”

Əflatun Amaşov: “Jurnalistləri Müdafiə Komitəsinin senzura indeksində Azərbaycanı ilk beşliyə daxil etməsi açıq qərəz nümayişidir”
15:57 24 Aprel 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 16:51 ]


Ə.Amaşov deyib ki, hesabat müəlliflərinin mənfi təmayüllərlə bağlı açıqladıqları məqamlarda şablonçuluq var: “Bu şablon Eritreyaya, Şimali Koreyaya və digərlərinə hansısa formada şamil edilə bilər. Azərbaycanın adının mediaya senzura tətbiq edən ölkə kimi çəkilməsi isə heç bir halda doğru deyil. Bu, açıq qərəz nümayişidir”.

 

Bakı. Fərid Mirzəyev – APA. “Jurnalistləri Müdafiə Komitəsinin hesabatının yalnız Azərbaycanla bağlı hissəsini deyil, adı çəkilən ölkələri və həmin ölkələrin bu siyahıya daxil edilmə səbəblərini nəzərdən keçirdim”.

 

Bunu APA-ya Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (The Committee to Protect Journalists - CPJ) senzura indeksində Azərbaycanı ilk beşliyə daxil etməsinə münasibət bildirərkən deyib.

 

Ə.Amaşov deyib ki, hesabat müəlliflərinin mənfi təmayüllərlə bağlı açıqladıqları məqamlarda şablonçuluq var: “Bu şablon Eritreyaya, Şimali Koreyaya və digərlərinə hansısa formada şamil edilə bilər. Azərbaycanın adının mediaya senzura tətbiq edən ölkə kimi çəkilməsi isə heç bir halda doğru deyil. Bu, açıq qərəz nümayişidir”.

 

MŞ sədri təşkilatın hesabatında Azərbaycanda internet məkanının məhdudlaşdırılması ilə bağlı qeydləri də əsassız adlandırıb: “Azərbaycan əhalisinin 70 faizdən çoxunun internetə çıxışı var. Bundan başqa, ölkədə demək olar, hər gün yeni xəbər portalları fəaliyyətə başlayır. Jurnalistləri Müdafiə Komitəsinin hesabatında adı çəkilən Şimali Koreya, Eritreya, Birma və ya Vyetnamda belə bir hal mövcuddurmu?! Digər tərəfdən, heç Avropanın qabaqcıl ölkələrində də internet sahəsindəki proseslər Azərbaycandakı kimi dinamik inkişaf etmir. Nəticədə bu gün Azərbaycanda alternativ fikirləri yayan informasiya orqanlarının sayı çoxalıb. Belə olan halda Jurnalistləri Müdafiə Komitəsinin hesabatında nəyi əsas tutduğu şübhəli görünür”.

 

Şura sədri komitənin Azərbaycan mediası, ümumilikdə informasiya mühiti ilə bağlı əvvəllər də qərəzli hesabatlar hazırladığını qeyd edib: “I Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq, Azərbaycanın adını ləkələyən müəyyən fikirlər dövriyyəyə buraxılır. Bu mənada Jurnalistləri Müdafiə Komitəsinin hesabatına ölkəmizin adının mənfi yöndə daxil edilməsi ümumi qərəzin tərkib hissəsi olaraq diqqət çəkir. Çünki söz və ifadə azadlığı ilə əlaqədar məqamlar demokratiya göstəricisi kimi önəmlidir. Görünür, mötəbər idman hadisəsi öncəsi dünya ictimai rəyinə ölkəmizin antidemokratik obrazda təqdimatına çalışanlar mühüm demokratik atributlardan da sui-istifadə etməyə üstünlük verir”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR