Rəşad Sadıqovun seçimi doğru çıxdı

Rəşad Sadıqovun seçimi doğru çıxdı
11:22 13 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə milli komandamızın kapitanı Rəşad Sadıqovun “Qızıl top”a layiq gördüyü futbolçunun adı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Sadıqov ilk sıraya portuqaliyalı Kriştianu Ronaldunun adını yazıb.
  
Bu da “Qarabağ”ın müdafiəçisinin seçiminin doğru olduğunu göstərir. Rəşad Sadıqov növbəti iki pillə üçün isə Manuel NoyerAryen Robbenin adını qeyd edib.
  
2014-cü ilin ən yaxşı baş məşqçisi seçiminə gəlincə, yığmamızın kapitanı müvafiq olaraq Yoahim Löv, Karlo Ançelotti Dieqo Simeonenin adını yazıb. Milli komandamızın məşqçisi Mahmud Qurbanov isə Pep Qvardiolanı ən yaxşı, Lui van Qalı ikinci, Yoahim Lövü isə üçüncü sırada göstərib.
  
Qeyd edək ki, milli komandamızın baş məşqçisi qismində səs verən Qurbanov ən yaxşı futbolçu nominasiyasında müvafiq olaraq Aryen Robben, Anxel di Mariya və Kriştianu Ronalduya səs vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR