“Ali və Nino”nun çəkilişi davam edir - Rəsmi münasibət

“Ali və Nino”nun çəkilişi davam edir - Rəsmi münasibət
17:49 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Ali və Nino” filminin çəkiliş heyəti filmin maddi problemlər üzündən dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

 

Lent.az-məlumatına görə, bu barədə qafqazinfo-ya çəkiliş heyətindən məlumat veriblər. Məlumata görə, hazırda filmin çəkilişləri Türkiyə ərazisində davam edir. Azərbaycanda baş tutan çəkilişlər isə Bakı və Bakıətrafı rayonlarda –Qobustan, Bibiheybət, İçərişəhərdə həyata keçirilib.

Çəkilişlər həmçinin Azərbaycanın bölgələrində - Xınalıqda və Gədəbəydə aparılıb. Hazırda Azərbaycan çəkilişləri yekunlaşan film Türkiyədə davam etdirilir. Filmin çəkilişi ayın sonuna yekunlaşacaq və daha sonra istehsal prosesi davam edəcək.

Çəkiliş heyəti filmin maddi problemlər səbəbindən dayandırılması ilə bağlı yayılan xəbərlərin şayiə olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə mətbuatı filmin sponsorlarının geri çəkilməsi və bu səbəbdən çəkilişlərin yarımçıq qalması ilə bağlı xəbər yaymışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR