Yaponiyanın İbaraki preferekturasında keçirilən fişəng festivalında 10 nəfər yanıq xəsarəti alıb. Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə güclü külək səbəbindən baş verib. Göyə buraxılan fişənglərdən bəziləri qonaqların üstünə düşüb.

Xəsarət alanları vəziyyəti barədə məlumat verilmir. Festival havaya görə dayandırılıb.

Milli.Az