Ayan: “Orientasiyası bilinməyən dostlarım var”

Ayan: “Orientasiyası bilinməyən dostlarım var”
18:11 24 Aprel 2015
81 Şou
Ölkə mətbuatı
A- A+

“İnsanları orientasiyasına görə qınamıram. Hamı öz həyatını yaşayır. Həyat müzakirə oluna bilməz. Mənim də ətrafımda orientasiyası bilinməyən dostlarım var. Mənim üçün onların insani keyfiyyətləri önəmlidir”.

Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni Ayan Babakişiyeva deyib. Sənətçi həyat tərzindən danışıb:

“Bütün günü nə qədər problemlə üzləşirik. Amma gecə yerimizə uzananda xəyal qururuq. Həyatımı xəyallarımın üzərində qururam. Mənim həyatıma müdaxilə edib yaşayanlar var. Onlar bədbəxtdir. Heç yadıma düşmürsünüz. Məni unudun. Sosial şəbəkədə şəkil paylaşıram. Yanımda olan insan sevgilim deyil ki... Şəkil çəkdirdiyim adam dostum ola bilər. Adamlar fotoya elə sözlər yazırlar... Dəhşət... Heç kimi qınamayın. Şəxsi həyatımı heç kim bilə bilməz. Tənqidi təhqirə keçirməyin. Mən müğənniyəm, məni efirdən tanıyırsınız. Amma bilmirsiniz ki, necə və harada yaşayıram. Heç kəsin babalını yumayın”.

Foto: Ramin ASLANOV







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR