Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edib
18:18 24 Aprel 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


Salyan, 24 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 25-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Salyanda bu rayondan, eləcə də, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbula gəlmiş vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayım xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti operativ araşdırılıb, qaldırılan məsələlərin bir qismi yerində həll olunub.
Nazirliyin idarə rəislərinin, tabeli qurum rəhbərlərinin də iştirak etdikləri görüşdə nazir qaldırılan mәsәlәlәrin qanunvericiliyә uyğun həlli üçün müvafiq struktur rәhbәrlәrinә konkret tapşırıqlar verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb və nәzarәtә götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_ve_yuksek_texnologiyalar_naziri_Salyanda_vetendaslari_qebul_edib-849520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR