Ağac emalı və mebel sənayesi üzrə işçi qrupun iclası keçirilib

17:53 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyində Ağac emalı və mebel sənayesi üzrə işçi qrupun ikinci iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, iclasda sənaye sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, eləcə də sənaye parkları və sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilib, sənaye müəssisələrinin nümayəndələri bir sıra məsələlər barədə fikirlərini açıqlayıblar. Eləcə də, mebel sahəsində ixtisaslaşmış sənaye məhəllələrinin yaradılması, mebel aksessuarlarının və digər sənaye məhsullarının ölkəmizdə istehsalının təşkili, bu sahə üzrə ixtisaslı kadrların hazırlanması, Türkiyə, İtaliya, Almaniya və digər ölkələrin mebel sahəsindəki təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.
Məlumatda vurğulanır ki, Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, müxtəlif sənaye sahələri üzrə mövcud vəziyyətin və inkişaf istiqamətlərinin müzakirəsi, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi və müəssisələrarası əməkdaşlığın təşviqi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənayenin müxtəlif sahələri, o cümlədən ağac emalı və mebel sənayesi üzrə 8 işçi qrupu yaradılıb. Ötən il işçi qruplarının ilk iclasları keçirilib, sənayenin müvafiq sahələri üzrə müzakirələr aparılıb və təkliflər hazırlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agac_emali_ve_mebel_senayesi_uzre_ischi_qrupun_iclasi_kechirilib-849539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR