"Baku Fayrs" döyüşməmiş 2:0 öndə ola bilər - HEYƏTLƏR

"Baku Fayrs" döyüşməmiş 2:0 öndə ola bilər - HEYƏTLƏR
20:31 24 Aprel 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) XIV turu çərçivəsində "Baku Fayrs” "Argentina Kondors” klubu ilə qarşılaşacaq.

ANS PRESS-in məlumatına görə, bu, komandamızın qrup mərhələsində sonuncu görüşü olacaq.

Komandaların heyətləri artıq məlumdur. Albert Səlimov Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin etdiyindən məşqçilər təcrübəli boksçuya istirahət verməyi qərara alıblar. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov Ümumdünya Boks Seriyasında debüt edəcək. Həmyerlimiz bu mövsüm 4 döyüşdə məğlub olmuş Brian Nunyeslə üz-üzə gələcək.

"Baku Fayrs" bu matça 2:0 hesabı ilə öndə çıxa bilər. Çünki fərdi reytinqdə IV yeri tutan Pərviz Bağırovun rəqibi Luis Alberto Veron ötən döyüşdə aldığı ciddi zədəyə görə ölkəmizə gəlməyib. Hacı Murtuzəliyev isə ardıcıl 2-ci dəfə döyüşsüz qalib ola bilər. Onun rəqibi Fakundo Qiqlione çəkiölçmə mərasimində iştirak etsə də, səhhətində problem olan boksçunun rinqə çıxması həkimlərin son qərarından asılı olacaq. Böyük ehtimalla, həkimlər onun meydana çıxmasına icazə verməyəcək.

"Baku Fayrs” (AZƏRBAYCAN) - "Argentina Kondors” (Argentina)
52 kq. Murad Rabadanov - Rikardo Maksimiliano İbarra
60 kq. Nəsrəddin Məmmədov - Brian İvan Nunyes
69 kq. Pərviz Bağırov - Luis Alberto Veron
81 kq. Mixail Dauqalivets - Xuan Qabriel Riso Patron
+91 kq. Hacı Murtuzəliyev - Fakundo Sesar Qiqlione

Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən, "Baku Fayrs” bu qarşılaşmanın aşkar favoriti sayılır. Bu həftə B qrupunda "Astana Arlans” səfərdə "İtaliya Tander”in qonağı olacaq. "Kasikes de Venesuela” rəqib meydanında "Rafako Hussars Poland”la qarşılaşacaq. ABŞ-ın "Nokauts” klubu doğma divarlar arasında "Puerto Riko Hurrikeyns”i qəbul edəcək.

Turnir cədvəli
1. "Astana Arlans” - 39 xal, (döyüşlərin nəticələri 54-11)
2. "Baku Fayrs" - 29, (43-22)
3. "İtaliya Tander” - 24, (38-26)
4. "Kasikes de Venesuela” - 23, (29-36)
5. "Puerto Riko Hurrikeyns” - 17, (28-37)
6. "Nokauts” - 16, (27-38)
7. "Rafako Hussars Poland” - 15, (26- 39)
8. "Argentina Kondors” - 4, (14-50)

Qrupda 2-ci yeri özünə təmin edən "Baku Fayrs” pley-off-da A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cüdür, meksikalılar isə 25 xalla 4-cü pillədədir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR