Polşa vətəndaşı, Volomin povyatının starostası Kazimir
Rakovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının
“Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz
səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını
xahiş edib.
Publika.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata
görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və
beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə,
habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və
qaydalara hörmət etdiyini vurğulayıb.
O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və
nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının
“Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və
adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar
qəbul edilib.