Nazirlər Kabineti rezident və qeyri-rezidentlərin milli valyutanı, qiymətli kağızları ölkədən çıxarması və ölkəyə gətirməsini bəyan etməsi qaydası təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, "Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası" təsdiq edilib.

Milli.Az