Paytaxtımız yenidən beynəlxalq turizm filmləri festivalına ev sahibliyi edəcək

07:43 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
Bu ilin sentyabrında Bakıda III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ölkəmizin üzv olduğu Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) saytında yer alıb. Festivalda iştirak üçün avqustun 1-dək müraciət etmək mümkündür.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtimiz_yeniden_beynelxalq_turizm_filmleri_festivalina_ev_sahibliyi_edecek-849671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR