21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində son oyununa çıxacaq.
Milli.Az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda səfərdə Norveçlə üz-üzə gələcək.
Geridə qalan 9 oyunda yalnız 2 heç-heçə edib, 7 dəfə məğlub olan Azərbaycan millisi seçmə mərhələdə ən azı 1 qələbə qazanmaq arzusundadı. Buna nail olacağı halda komandamız həm də Norveçə Bakıdakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilər.
Bu gün Azərbaycan yığmasının yer aldığı qrupda həm də İsrail - Kosovo və Almaniya - İrlandiya matçları baş tutacaq.
AÇ-2019-un seçmə mərhələsi, 5-ci qrup
16 oktyabr
20:15. Norveç - Azərbaycan
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (Bolqarıstan).
Drammen. "Maryenlist" stadionu.
Milli.Az