Putinin Türkiyəyə səfər edəcəyi dəqiqləşdi

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi dəqiqləşib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin, sonuncu dəfə 17 sentyabrda Rusiyanın Soçi şəhərində keçirilən Soçi zirvəsində bir araya gəliblər. Həmin zirvə görüşündə isə İstanbulda Ərdoğanın ev sahibliyi ilə keçiriləcək dörtərəfli Suriya zirvəsində yenidən bir araya gəlmək qərarı verilib. Peskov Putinin Türkiyə səfərinin dəqiqləşdiyini, hazırlıqların davam etdiyini açıqlayıb.

Dörtərəfli Suriya görüşünə Putindən əlavə, Almaniya kansleri Angela Merkelin və Fransa prezidenti Emmanuel Makronun da qatılacağı gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR