Türkiyədə Cümhuriyyət tarixinin ən böyük

Türkiyədə İstanbul Qaçaqmalçılıq Şöbə Müdirliyinin əməliyyat qrupları 12 şəhərdə Cümhuriyyət tarixinin ən böyük əməliyyatını həyata keçiriblər.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Yunan, Roma, Bizans və İslam tarixinə aid 14 min ədəd tarixi əsər, 6 xəzinə axtarış detektoru, 276 min TL, 450 min avro və 33 min 300 dollar ələ keçirilib.

Əməliyyatçılar ümumilikdə 30 nəfəri saxlayıblar. Səlahiyyətlilər bu prosesin bu günə qədər ən əhatəli əməliyyat olduğunu bildiriblər. Tutulanlar arasında təqaüdçü polkovnik, təqaüdçü polis rəisi, maliyyə mütəxəssisi, heykəltəraş, antik dükan sahiblərinin olduğu deyilir. Əməliyyat nəticəsində narkotik də ələ keçirilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR