"The Guardian" nəşri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlərlə bağlı şərh verib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, redaktor Patrick Wintour prezidentin dünənki çıxışını şərh edib. Jurnalist məqalədə bildirilib ki, şahzadənin taleyi Ərdoğanın əlindədir.
"Nəticə olaraq Salmanın taleyini müəyyənləşdirəcək şəxs Ərdoğan və tapılacaq dəlillərdır", - qeyd olunub.
Məqalənin müəllifi bildirib ki, Ərdoğan Səudiyyəli şahzadənin düşdüyü vəziyyətdən zövq almır. "O, addımlarını diqqətlə atır".
Bu vaxta qədər əldə olunan dəlillərə əsasən demək olar ki, Haşoqqi vəhşi cinayətə qurban gedib. Bunu ört-basdır eləmək vicdanları sızıldadacaq. Haşoqqinin öldürülməsi barədə Səudiyyənin etirafı ilk böyük addımdır,
Ərdoğan dünənki çıxışı zamanı söyləyib.
Bəxtiyar Umarlı
Milli.Az