Bakıda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada vəfat edib.
Publika.az xəbər verir ki, oktyabrın 19-da Yasamal rayonu Şərifzadə küçəsində (metronun "İnşaatçılar" stansiyasının yaxınlığı) Nazir Hüseynov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçməyə çalışan qadını vurub. Nəticədə ağır xəsarət alan 1972-ci il təvəllüdlü Şəlalə Hacıyeva ağır kəllə-beyin travması ilə Nevrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq qadın 10 gün sonra vəfat edib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza