“ARB” televiziyasında Murad Həşimovun və Sevda Rəsulqızının təqdimatında yayımlanan “Günə Doğru” səhər xəbər şousunda cənub bölgəsində yaşan qız uşaqlarının təhsildən yayındırılmasından danışılıb.

Metbuat.az bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 181-ci madəsinin 1-ci bəndində qeyd olunur ki , istər valideyn, istər hüquqi şəxs məktəbə yaşı çatan uşaqları təhsildən yayındırarsa, cərimələnəcək. Məhrum etməyə görə fiziki şəxs 100 manat, vəzifəli şəxs 300 manat, hüquqi şəxs 500 manat cərimə olunacaq. Həmçinin yetkinlik yaşına catmayanı nigaha məcbur edilməsi cinayət qanun vericiliyində 2000 manat cərimə və 2 il məhkumluq tətbiq olunur.

Kimi məsuliyyətdən qaçmaq üçün, kimi xərcdən qurtulmaq üçün qızlarını təhsildən yayındırır. Halbuki H. Z. Tağıyevin də dediyi kimi bir kişinin təhsil alması bir nəfərin, bir qadının təhsil alması bir nəslin təhsil almasına bərabərdir.

Daha ətraflı təqdim etdiyimiz videoda baxa bilərsiniz.

Sizə də xarici nömrədən zəng gəlir? VİDEO - Oxumaq üçün tıkla