NASA-nın planetlərarası stansiyası "Dawn" fəaliyyətini dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna stansiyanın yanacağının bitməsi səbəb olub.

Bununla da "Dawn" 11 illik missiyasını başa vurub.

2007-ci ilin sentyabrında fəzaya göndərilmiş "Dawn" stansiyası Vesta asteroidini və Serera cırtdan planetini tədqiq etməklə məşğul idi.

Bu, birdən çox kosmik cismi tədqiq edən ilk aparat olub.

Milli.Az