Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası( AMTA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə “Regionlarda meyvə-tərəvəz istehsalı sahəsində çalışan kiçik sahibkarların AMTA-ya cəlb olunması , bilik və bacarıqlarının artırılması” layihəsinin son mərhələsini 5-6 oktyabr 2018-ci il tarixində Xaçmaz rayonunda təşkil edib.

Tədbirin acılışında Xaçmaz rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi Yaqut Məsimova çıxış edərək belə tədbirlərin keçirilməsinin rayonun kənd təsərrüfatı sektorunun inkişafına yaxşı dəstək olduğunu bildirərək yerli sahibkarların müasir biliklərə və bacarıqlara çox böyük ehtiyacını xüsusi vurğuladı.

AMTA-nın sədr müavini və layihənin rəhbəri Jalə Əmirbəyova Assosiasiyanın məqsədi, fəaliyyət istiqamətləri haqqında təlim iştirakçılarını məlumatlandırdı. Layihənin Xaçmaz rayonunda 3 istiqamətdə - Meyvə bağları , kartofçuluq və açıq sahədə tərəvəz yetişdirən kiçik sahibkarlar üçün əhəmiyyətini vurğuladı.

Xaçmaz rayonu Fitosanitar Nəzarəti sektorunun böyük məsləhətçisi Orxan Vahidov çıxış edərək ixrac edilən məhsullarda fitosanitariya tələblər, digər ekspert Qida təhlukəsizlik agentliyinin Xaçmaz rayonunda nəzarət sektorunun müdiri Vüqar Arazov Agentliyinin yaradılmasının əhəmiyyəti, məqsəd və fəaliyyət istiqamətləri və Agentliyin yerli və xaricə bazarlar satışa çıxarılan məhsullar üçün tələbləri ilə sahibkarları tanış etdi.

Meyvə -Tərəvəz üzrə aqronom –mütəxəssis "Modern- Agro" MMC-nin direktoru, AMTA - nın üzvü Eldəniz Doldolov yeni gübrələr, meyvə bağlarına düzgün qulluq , yüksək məhsuldarlıq əldə etmək üçün vacib qaydaları təlim iştirakçılarının diqqətinə çatdırdı. Təlimin sonunda sahibkarların bütün sualları cavablandırıldı.