Türkiyədə ABŞ imperializminə qarşı yazıları ilə tanınan
“Yeni Şəfəq” qəzetinin köşə yazarı İbrahim Karagül ölümlə
hədələndiyini bildirib.
Publika.az xəbər verir ki, Karagül “Sizi məhv edəcəyik,
Türkiyəni terrorla qana boğacağıq” kimi təhdidlər aldığını
açıqlayıb.
“Bir müddətdir mənə, “Yeni Şəfəq”in rəhbərliyinə İŞİD adı altında
səs yazıları göndərilir, həmin səs yazılarında biz ölümlə təhdid
edilirik, Türkiyəni isə qana boğacaqlarını deyirlər. Bu təhdidlər
uzun müddətdir gəlirdi. İndi Türkiyədə bomba yüklü maşınları,
kamikadzelər tutulanda məlum olur ki, bu təhdidlər boş deyilmiş.
Terrorçular hücuma hazırlaşırlar, onlar İŞİD və PKK-dır, lakin
sahiblərinin də kim olduğunu bilirik”, - deyə o bildirib.
Asif