PSJ-nin əfsanəvi qapıçısı Canluici Buffon müqaviləsini yeniləyə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 17 il "Yuventus"un formasını geyindikdən sonra bu yay PSJ-yə keçən Buffon müqaviləsini artırmaq fikrindədir. Hal-hazır ki müqaviləsinə görə Buffon mövsümün sonunda azad agent statusunda olacaq.
Yeni müqaviləyə əsasən isə Buffon 2020-ci ilin yayına qədər Paris klubunun şərəfini qoruyacaq. Qeyd edək ki, yanvar ayında 41 yaşı tamam olacaq qapıçı bu mövsüm 7 oyunda iştirak edib.
Milli.Az