ABŞ prezidenti Donald Trampın Konqresdəki müxaliflərinin sayı daha da artacaq. Birləşmiş Ştatlarda keçirilmiş aralıq seçkilərin sonuclarına görə, Demokrat Partiyası uğurla irəliləyir və Nümayəndələr Palatası üzərində nəzarəti ələ keçirməkdədir.

Seçkilərin "aralıq" adlandırılmasının səbəbi səsvermənin mövcud prezidentin səlahiyyət müddətinin ortasında keçirilməsidir. Dövlət başçısının mənsub olduğu partiya bir qayda olaraq bu seçkilərin nəticələrinə görə, mövqelərini itirir.

Milli.Az ABC-yə istinadən bildirir ki, amerikalılar dünən Konqresin aşağı palatası olan Nümayəndələr palatasının 435 üzvünün hamısını və yuxarı palata olan Senatın 100 üzvündən 33-nü yenidən seçiblər.

Tramp uduzdu: demokratlar, qadınlar və müsəlmanların qələbəsi - NƏTİCƏLƏR - FOTO

İndiyədək hər iki palatada üstünlük Respublikaçılar Palatasında idi.

Seçkilərin yekun və rəsmi sonucları hələlik açıqlanmasa da, respublikaçıların yalnız Senat üzərində nəzarəti əldən vermədikləri artıq aydındır.

İndiyə olan məlumatlara görə, Senatda demokratlar 44, respublikaçılar isə 51 mandat qazanıblar.

Nümayəndələr Palatasında isə demokratlar 2010-cu ildən bəri ilk dəfə üstünlüyə nail olublar.

Son nəticələrə görə, Nümayəndələr Palatasında 218 mandatı Demokrat, 192 mandatı isə Respublikaçılar partiyaları əldə ediblər.

AP VoteCast sorğusunun nəticələrinə görə, amerikalı seçicilərin əksəriyyəti üçün səsvermədə ən önəmli amillərdən biri prezident Donald Tramp olub. Seçicilərin 56 faizi onun dövlət başçısı postunda fəaliyyətini təqdir etməyib, 56 faizi isə, ümumiyyətlə, Respublikaçılar Partiyasına qarşı çıxıb.

Donald Trampın özü sonucları partiyası üçün "misilsiz uğur" adlandırıb.

O, Twitter-dəki akkauntunda Ben Ştaynın "The Capitalist Code:" kitabından iqtibas da gətirib: "Son 105 il ərzində prezident olan adamın partiyası Senat üzərində yalnız 5 dəfə nəzarəti əldə edib. Trampda magik nə isə var. O, seçki kampaniyasını əla keçirib səsləri cəlb etməyi bacarır".

Tramp uduzdu: demokratlar, qadınlar və müsəlmanların qələbəsi - NƏTİCƏLƏR - FOTO

Tramp üçün Senatla bağlı uğur ona görə vacibdir ki, respublikaçı hakimlərin məhkəmələrə təyinatını davam etdirəcək və demokrat seçicilərin 70 faizindən artığının tələb etdiyi impiçmentdən qoruna biləcək.

Demokrat konqresmen Cerol Nadler seçkilərin nəticələrini şərh edərkən deyib: "Nəhayət, Tramp anlayacaq ki, qanunların fövqündə deyil".

Çox yəqin ki, C.Nadler Nümayəndələr Palatasında məhkəmə və ədliyyə palatasına başçılıq edəcək. Nensi Pelosinin isə Nümayəndələr Palatasının spikeri seçiləcəyi gözlənilir.

Donald Tramp "misilsiz uğur"dan danışsa da, o, uduzub. ABŞ tarixində ilk dəfə olaraq sosialist qadın (Aleksandriya Okasio-Kortes), iki müsəlman qadın - əslən fələstinli Rəşidə Tlaib və somalili İlşan Ömər, habelə iki hindu qadın - Deb Haaland və Şeris Devid seçki dairələrində səslərin çoxunu toplayaraq Nümayəndələr Palatasına seçiliblər.

Tramp uduzdu: demokratlar, qadınlar və müsəlmanların qələbəsi - NƏTİCƏLƏR - FOTO

Şeris David lesbiyandır.

Əslən Latın Amerikasından odan iki şəxs də ABŞ tarixində ilk dəfə olaraq Senatda təmsil olunacaqlar.

Kolorado ştatında isə ABŞ tarixində ilk dəfə olaraq aşkar homoseksualist, Demokrat Partiyasından olan konqresmen Cared Polis qubernator seçilib.

CNN seçkiləri belə şərh edib: "Yeni Demokrat Partiyanı görürsünüz. Bu partiya daha gənc, daha qətiyyətlidir. Onun dərisi rənglidir. Bu partiyada qadınlar, veteranlar çoxdur".

Fəqət, Demokrat Partiyasının möhtəşəm qələbəsindən də danışmaq olmaz. Əgər "yerlərdə" demokrat namizədlərin əksəriyyəti gənclər və "rənglilər" idisə, partiyanın rəhbərliyi hələ də Nensi Pelosi kimi ağdərililərin və yaşlıların əlindədir.

Tramp uduzdu: demokratlar, qadınlar və müsəlmanların qələbəsi - NƏTİCƏLƏR - FOTO

Səbəb də demokratlar Trampın "Amerikanın əvvəlki qüdrətini özünə qaytaraq!" sloqanına rəqib, Demokrat Partiyası üçün ümumi şüarla çıxış edə bilmədilər.

Üstəlik, Demokrat Partiyaya səs verənlərin 77 faizi Donald Trampın impiçmentini tələb edir. Respublikaçıların nəzarətindəki Senat isə buna imkan verməyəcək.

Bu seçkilərdə demokratları Trampa qarşı nifrət, respublikaçıları isə hakimiyyəti itirmək qorxusu birləşdirmişdi.

Və ən nəhayət, sosial şəbəkələrdə, mediada Donald Tramp kəskin tənqid olunsa da, amerikalıların 41,8 faizi onu dəstəyləyir.

Donald Tramp vədlərininə əməl etmək üçün cəhd göstərir. O, ABŞ iqtisadiyyatını canlandırıb: ölkədə işsizlik səviyyəsi 1969-cu ildən bəri ən aşağı hədd olan 3,7 faizdir. Maaşların artımı ildə 3 faizə çatıb, hərbçilərin maaşları artırılıb, iqtisadiyyata məmurların təsiri azaldılıb, əhalinin gəlir səviyyəsi yüksəlib.

Orxan Hun
Milli.Az