ABŞ prezidenti Donald Tramp bildirib ki, o, KXDR lideri Kim Çen Inla 2019-cu ildə görüşəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri mətbuat konfransında deyib.

"Növbəti il, hansısa anda", - deyə Donald Tramp görüşün nə vaxt olacağı barədə suala cavabında bildirib.

Trampın sözlərinə görə, o, görüşə "tələsmir", çünki sanksiyalar KXDR-ə qarşı işləyir, Pxenyan isə daha çox raketlər buraxmır.

Qeyd edək ki, iki ölkə rəhbəri bu ilin yayında Sinqapurda görüşüblər.

Milli.Az