"Keşlə"nin futbolçusu Duallo Samba Quidileye Mavritaniya milli komandasına çağırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Afrika Kubokunun seçmə mərhələsində Botsvana yığması ilə oyun üçün yığmaya dəvət alıb.

Qeyd edək ki, matç noyabrın 18-də keçiriləcək.

Milli.Az