“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.
Publika.az saytı xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 3 məğlubiyyətdən sonra Ukraynada “Vorskla” ilə görüşüb. Araz Abdullayevin 12-ci dəqiqədə penaltidən vurduğu top matçın taleyini həll edib. 1:0 hesablı qələbə “Qarabağ”ı 4-cü pillədə saxlasa da, mərhələ keçməyə şanslarını qoruyub.
Oyun xoşagəlməz hadisələrlə də yadda qalıb. Görüş iki dəfə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi üzündən dayandırılıb. Nəticədə ikinci hissəyə 12 dəqiqə əlavə edilib.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
E qrupu, 8 noyabr
"Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Araz Abdullayev, 12-p.
Poltava. Aleksey Butovski adına stadion. Hakimlər: Sandro Şörer,
Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas
Fandrix (hamısı İsveçrə)
“Vorskla”: 1.Boqdan Şust, 4. İqor Perduta, 5.
Nacib Yakubu, 6. Aleksandr Sklyar, 10.Vladislav Kulaç, 11.Vyaçeslav
Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoeç, 33. Aleksandr
Çijov, 66. Artur, 82. Pavel Rebenok
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3.
Andro Giorqadze, 9. Mixail Serqiyçuk, 14. Nikolas Kareka, 23. Vadim
Sapay, 40. Taras Sakiv, 44. Ardin Dalku,
Baş məşqçi: Vasili Saçko
“Qarabağ”: 1. Hannes Halldorsson, 2. Qara
Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 9.
Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con
Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4.
Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip
Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
|
1 |
Arsenal |
3 |
3 |
0 |
0 |
8-2 |
9 |
|
2 |
Sportinq |
3 |
2 |
0 |
1 |
4-2 |
6 |
|
3 |
Vorskla |
3 |
1 |
0 |
2 |
4-6 |
3 |
|
4 |
Qarabağ |
3 |
0 |
0 |
3 |
0-6 |
0 |