Dünyaca məşhur futbolçu Frank Riberi ondan açıqlama almaq istəyən fransalı jurnalist Patrik Quilloya hücum edib.
Publika.az xəbər verir ki, futbolçu əvvəlcə jurnalistə həqarət edib, daha sonra onu vurub və itələyib.
6 mövsümdür ard-arda çempion olan “Bavariya”nın futbolçuları kritik “Dortmund” səfərindən 3:2 hesablı məğlubiyyətlə qayıtdığına görə böyük ruhi çöküş yaşayır. Turnir cədvəlinin liderindən 7 xal geridə olan komandada əsəblər tarıma çəkilib. Bunun təsirilə Frank Riberi ondan açıqlama almaq istəyən jurnalistə həqarət edib.
“Bavariya”nın idman direktoru Həsən Salihamidziç “Bild” nəşrinə verdiyi açıqlamada tərəflərin bir-birini uzun müddətdir tanıdığını bildirib. O, yaşanan olayla bağlı futbolçunun və jurnalistin də qatılacağı toplantı keçirəcəklərini deyib.
Zümrüd