Bakı. 27 aprel. REPORT.AZ/ Bakının Xəzər rayonunda bacısı qızını qətlə yetirən şəxs saxlanılıb. Xəzər Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Buzovna qəsəbəsində, Naxçıvan küçəsində Məlikli Nigar Şükür qızını qətlə yetirən dayısı - 1973-cü il təvəllüdlü Vamiq Aslanov saxlanılaraq istintaqa təqdim olunub.
Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir.
Qeyd edək ki, V.Aslanov bacısı qızına 30 bıçaq zərbəsi vuraraq qətlə yerirəndən sonra hadisə yerindən qaçmışdı.
Bakıda bacısı qızını 30 bıçaq zərbəsilə qətlə yetirən şəxs tutulub
Bakıda bacısı qızını 30 bıçaq zərbəsilə qətlə yetirən şəxs tutulub
Bakıda bacısı qızını 30 bıçaq zərbəsilə qətlə yetirən şəxs tutulub