"Bayern Münhen"in yarımmüdafiəçisi Frank Riberi jurnalist Patrik Qiyudan üzr istəyib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, jurnalist Münhen klubunun ofisinə dəvət edilib və Riberi burada ondan üzr istəyib. Qiyu məhkəməyə müraciət etməyəcəyini bildirib.
Xatırladaq ki, Almaniya çempionatının 11-ci turunda "Bavariya" evdə "Borussiya"ya uduzub - 2:3. Oyundan sonra Qiyu məğulibiyyətə görə Riberini günahlandırıb. Aralarında yaranan mübahisə zamanı futbolçu jurnalistə üç şillə vurub, sinəsinə zərbə endirib.
Milli.Az