21 yaşadək futbolçulardan ibarət milli komandamız növbəti oyununu keçirir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası yığmamız Ukraynanın U-20 millisi ilə qarşılaşır.
Ukraynalılar üç ay əvvəl U-19-un heyətində Avropa çempionatının bürünc mükafatını qazanıb. Qitə çempionatının yarımfinalçısı kimi dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Aleksandr Petrakovun komandası mundiala hazırlıq çərçivəsində ilk oyununu yığmamıza qarşı keçirəcək.
Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.
15 noyabr
Yoldaşlıq oyunu
20:00. Azərbaycan U-21 - Ukrayna U-20 - 0:0 (Birinci hissə)
"Dalğa Arena"
Milli.Az