10 min illik türk qəbiləsi-dukhalar

Monqolustanın şimal sərhəddində yerləşən Sayan dağlarının yamacında yaşayan dukha adlı cəmiyyətin fotoları çəkilib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 10 min ildir Monqolustanda mövcud olan dukhalar şimal maralı bəsləyərək və meşələrdən yabanı bitkilər toplayaraq yaşayırlar. Dinləri şamanizm olan dukhalar türkcənin bir ləhcəsində danışması ilə diqqət çəkirlər.

Dukhaların ən maraqlı xüsusiyyəti isə ailə başçılarının qadınlardan ibarət olmasıdır. “İtkin türklər” olaraq tanınan dukhalar köçəri həyat tərzi yaşayırlar.

Dünyada artıq çox az insanın məşğul olduğu və nəsildən-nəsilə keçən qartallar ilə ovlama ənənəsinə dukhalarda da rast gəlmək mümkündür. Bu ovçular qartallar sayəsində tülkü və ya mamont kimi heyvanları ovlayırlar.

Fotoqraf Hamid Sardar Afkhami dukha cəmiyyətinin yox olmaya üz tutan həyat tərzlərini kəşf edərək ölümsüzləşdirib. Möhtəşəm fotoşəkillərlə yanaşı bu xalqın həyat tərzindən bəhs edən sənədli film də çəkib.









http://matbuat.az/news/1063368/evlenmek-qerari-ala...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR