Üç həftə ərzində

Amerikanın Texas əyalətində yaşayan bir cütlük üç həftədə ərzində əkiz olmayan iki uşaq sahibi olublar.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Cames və Anrea Valentina adlı cütlük illərdir uşaq sahibi olmaq istəyirdilər. 5 il gözləyən cütlük arzularına çata bilməyiblər.

Daha sonra qonşuları onlara heç bir qarşılıq gözləmədən daşıyıcı ana olmağı təklif edib və hamiləlik uğurla nəticələnib. Bu zaman Anrea özü də hamilə olduğu öyrənib. Amma daha əvvəl hamiləliyi uğursuz olduğu üçün bu uşağı dünyaya gətirəcəyinə ümidi yox idi. Daşıyıcı anadan ilk uşaqları Britton dünyaya gəlib. Daha sonra hamilə olan Valentina da üç həftə sonra Kinsley adlı körpəni dünyaya gətirib.

http://matbuat.az/news/1063392/brazilyali-pilot-me...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR