Rusiya xüsusi xidmət orqanının Cənubi Qafqazla məşğul
olan zabiti Dağlıq Qarabağla bağlı müəyyən sirləri açıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
adının açıqlanmadığı rus kəşfiyyatçı Qarabağda genişmiqyaslı
müharibənin olmayacağını qeyd edib.
“Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqidir. Bizim Gümrüdə
hərbi bazamız var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında
birgə təmsil olunuruq. Rusiya müəyyən öhdəliklərini yerinə
yetitrməyə məcburdur, bunlardan biri də Ermənistanın
təhlükəsizliyidir. Əgər Qarabağda lokal münaqişə bitməyəcəksə və
müharibə genişlənəcəksə, Rusiya prosesə müdaxilə etməyə məcbur
olacaq. Lakin hesab edirəm ki, Qarabağda genişmiqyaslı müharibə
olmayacaq”, - deyə o bildirib.
Rusiya kəşfiyyat zabiti iddia edir ki, Türkiyə prezidenti Rəcəb
Tayyip Ərdoğan Qarabağ kartından istifadə etməyə çalışır: “Ərdoğan
münaqişənin həllinə çalışır və Vladimir Putini buna inandırmaq
istəyir”.
Asif