Yunanıstan sahillərində Türkiyəyə məxsus yük gəmisində yanğın baş verib.

Milli.Az Trend-ə istnadən xəbər verir ki, gəmi Tunisdən Türkiyəyə yola düşüb.

Qeyd olunur ki, yanğın gəminin mühərrik hissəsində başlayıb.

Gəminin 11 nəfərdən ibarət heyət üzvü Türkiyə sahil-mühafizə xidmətinin əməkdaşları tərəfindən təxliyə olunub.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az