Bakı, 27 aprel, AZƏRTAC
Rusiya Federasiyası Tümen Dövlət Universitetinin Ekologiya və Təbii Sərvətlərdən Səmərəli İstifadə Elmi-Tədqiqat İnstitutunun direktoru, əməkdar ekoloq, professor Andrey Soromotin Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsində olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin müvafiq fakültə və kafedra rəhbərləri ilə görüşdə professor A.Soromotin gələcək əməkdaşlığın vacibliyindən danışıb.
Sonra geniş fikir mübadiləsi aparılıb. Əlaqələrin istiqamətləri müəyyənləşdirilib, qarşılıqlı anlaşma memorandumu və müqavilənin imzalanmasına ehtiyac olduğu qeyd edilib.