Pakistanda silsilə terror aktları törədilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror aktlarından biri Hayber-Paxtunhva əyalətinin Xanqu şəhərində bir mədrəsənin qarşısında baş verib.

Partlayıcı qurğunun işə salınması nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb.

Digər terror aktı isə Peşavar şəhərindəki bazarda törədilib. Partlayış nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Terror hücumlarına görə, hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Ömər