Maraqla gözlənilən "Best Model of Azerbaijan" yarışmasının final tarixi müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir 28 noyabrda "Fairmont Baku Flame Towers"da keçiriləcək. Yarışma "MTV Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. Tədbirin aparıcısı isə Samir Bayramlı və Vüsalə Saiddir. Səhnədə xüsusi qonaq olaraq Dj Çina modelləri müşaiət edəcək.

Qeyd edək ki, müsabiqədə ən kiçik finalçının yaşı 16, ən böyük finalçının isə 30-dur. Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, Eurovision təmsilçimiz müğənni Elnur Huseynov, müğənni Zamiq Hüseynov, şairə Zəhra Bədəlbəyli, Aparıcı Nərgiz Cəlilova, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, Make up Artist Blogger Günəş Nur, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, modelyer-dizaynerlər Afaq İsmayılzadə, Songül Başar , xoreoqraf Syama Həsənova, "Kəngərli Group" rəhbəri Cəlal Kəngərli və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.

Qala gecədə, yerli və xarici modelyer-dizaynerlerin "Bu Son Collection" (Türkiyə), "Kəngərli Baku" (Azərbaycan), "A Glamour" (Azərbaycan), "Xatirə Baharova" (Azərbaycan), Orxideya (Azərbaycan), Bəyaz Gəlinik (Azərbaycan) moda şousu təşkil olunacaq.

Eurovision təmsilçimiz Elnur Hüseynov və Dj Bora Borscizki 1 performansı yer alacaq.

Qalib gələn oğlan və qız iştirakçı 01-08 dekabr arası İstanbulda keçriləcək "Best Model of The World" 2018 dünya finalında ölkəmizi təmsil edəcək.

Onu da bildirək ki, layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, Baş kordinator isə Ləman Mirtalıblıdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az