Nişanlısı qəzada ölən oğlan ömrünün sonuna qədər tək qalacağına söz verib.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Hindistanın Tamil Nadu ştatında yaşayan 24 yaşlı oğlan avtomobil qəzasında ölən sevgilisinin cansız bədəni ilə "evlənib".
Qızın cəsədinə gəlinlik geyindirən oğlan yas günündə onunla "toy edib".
Sosial şəbəkələrlə "toy"dan görüntülər yayılıb. Video maraq doğurub. Görüntülərdə oğlanın nişanlısının cəsədinin alnına qırmızı nöqtə qoyması və saçlarına qırmızı pudra səpməsi əks olunub ki, bu, Hindistanda evlilik adətlərindəndir.
Deyilənə görə, illərdir birlikdə olan cütlük bir-birini çox sevirdi. Bu səbəbdən də onlar ayrılmayacaqlarına dair bir-birlərinə söz veriblər. Oğlan da sözünü tutaraq onun cəsədi ilə "ailə qurub".
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: