Dünyanın ən zəki insanı Albert Eynşteynin oğlu Eduard Eynşteynin kədərli həyat hekayəsi hər kəsi təəccübləndirir.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Eduardın anası Mileva Marik Albert Eynşteynin ilk həyat yoldaşı olub. Mileva zəkası ilə Eynşteynin diqqətini çəkməyi bacarıb. Universitetdə tanış olan cütlüyün evlənmədən öncə Lieserl adlı bir qızları olub. Bu uşağın övladlıq verildiyi düşünülür.
Evləndikdən sonra cütlüyün Eduard və Hans adlı iki oğlu olub. Amma təəssüf ki, xoşbəxt ailə ola bilməyiblər və Marik ilə Albert boşanıb.
Eduard şizofreniya xəstəsi idi. Buna görə də o, uzun illər ağıl xəstəxanasında yatıb və çətin müalicələr alıb. Bu müalicələr onu o qədər sarsıtmışdı ki, son illərdə danışmağı belə unudub.
Erkən yaşda həyatını itirən Eduard atasını heç bağışlamayıb. Çünki Albert Eynşteyn başqa ölkəyə köçmüş və geri dönməyib.
“Eduard görmək ölməkdir” deyən Eynşteyn böyük bir elm insanı olsa da oğlunun qəlbində yara olaraq qalıb.

