Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları üçün təyinatlar açıqlanıb.

Publika.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun açılış matçı hesab olunan "Sabah" - "Neftçi" görüşü Rəhim Həsənova tapşırılıb.

Azərbaycanın tanınmış FIFA referisi Əliyar Ağayev isə həmin gün baş tutacaq "Sumqayıt" - "Səbail" matçını idarə edəcək.

1 dekabr (şənbə )

16:30. “Sabah” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Əlincə Arena”

19:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Fizuli Nəcəfov

AFFA nümayəndəsi: Eldar Qasımov

“Kapital Bank Arena”

2 dekabr (bazar)

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Namiq Məstanov

Qəbələ şəhər stadionu,

19:30. “Qarabağ” – “Keşlə”

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Tofiq Bəhramov adına Respublika stadionu,

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.