Misirin qərbindəki Giza şəhərində aparılan arxeoloji qazıntılarda 3 min il əvvələ aid 8 mumiya tapılıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, antik Misirdə 12-ci xanədanlıq fironlarından Nubkaure Amenemhata aid pramidanın cənub-şərqində aparılan arxeoloji qazıntılarda bir neçə məzar tapıldığı bildirilib.

Bölgədə avqust ayında başlayan qazıntılar nəticəsində gün üzünə çıxarılan sarkofaqların içində 8 mumiya tapıldığı deyilib.

Eramızdaan əvvəl 1085-332-ci illərə aid olduğu güman edilən mumiyalardan 3-nün yaxşı vəziyyətdə olduğu bildirilib. Mövzu ilə bağlı başqa məlumat verilməyib.

fft16_mf12834528