Noyabrın 28-də Əfqanıstanın paytaxtı Kabildə partlayıcı ilə yüklənmiş avtomobilin partlaması nəticəsində azı 10 nəfər ölüb, 19 nəfər yaralanıb.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə məlumat Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Macruhun bəyanatında əksini tapıb.
Bir qədər əvvəl isə partlayış nəticəsində 3-ü ağır olmaqla doqquz nəfərin yaralandığı bildirilirdi.