"Mançester Yunayted" qapıçısı David de Xeanın müqaviləsinin uzadılması ilə bağlı bəndi aktivləşdirib.

Metbuat.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, bununla da ispan qolkiperin müqaviləsinin müddəti 2020-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, 2011-ci ildən "MY"da oynayan De Xea ilə PSJ-nin maraqlandığı iddia olunur.