Dekabrın 4-dən 9-dək Sankt-Peterburqda stolüstü tennis üzrə N.Q.Nikitinin xatirəsinə həsr olunan XIX beynəlxalq turnir start götürəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Metbuat.az-a verilən məlumata görə, beynəlxalq turnirdə oğlanların yarışında Adil Əhmədzadə, Toğrul Məhəmmədov, Hüseyn Eylazov, qızların mübarizəsində isə Mehriban Dadaşova, Fatimə Cəfərova, Arzu Aslanova güclərini sınayacaqlar.

Yığma komandamızın Sumqayıt şəhərindəki təlim-məşq toplanışı dekabrın 3-dək davam edəcək.