2014-cü ildə qarnı şişməyə başlayan 28 yaşlı Keely Favell adlı qadınhamilə olduğundan şübhələnib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 3 dəfə hamiləlik test etsə də nəticə neqativ çıxıb.
Qarnı böyüməyə davam edən qadın həkimə müraciət edib. Ultrasəs müayinəsi nəticəsində qadının qarnında yeddi yeni doğulmuş körpəyə bərabər ağırlıqda şiş olduğu aşkar olunub.
Beş saatlıq əməliyyatdan sonra qadının qarnından 25 kiloqram ağırlığında nəhəng kütlə çıxarılıb.


