Cənubi Hindistanda qəribə bir şəkildə öz-özünə yeriyən nərdivan sosial mediada gündəm olub.
Bir çox insan bunun hiylə ilə edildiyini düşünüb. Bəziləri isə nərdivanın daha əvvəl nərdivandan yıxılaraq ölən şəxsin ruhu tərəfindən ələ keçirildiyini iddia edib. Hadisədən xəbərdar olan bölgə sakinləri də hadisəni araşdırmağa başlayıb.
Amma hadisənin elmi açıqlanması sosial media istifadəçisi tərəfindən edilib. Nərdivan maili səthdə yerləşdiyindən daha əvvəl də nərdivanın quruluşuna edilən bir müdaxilə nəticəsində kiçik bir təmas nərdivanın hərəkət etməsinə təkan verir. Belə bir sallanmanın olması üçün yer çəkiminin olması bildirilib. Qısa müddətdə yayılan görüntü çox sayda izlənilib.
Metbuat.az həmin görüntüləri təqdim edir.